





Mühəndis Geodeziyası
2025
1/6
SeaBreeze Lahiyəsi
Sea Breeze Resort: Miqyaslı Layihələrdə Mühəndislik Dəqiqliyimiz
Xəzər sahilində 500 hektardan çox ərazini əhatə edən, regionun ən böyük kurort-şəhərciyi layihəsi olan Sea Breeze ilə əməkdaşlığımız, şirkətimizin peşəkar portfelində xüsusi yer tutur. 7 km-ə yaxın sahil zolağı, yaşayış kompleksləri və geniş infrastruktur şəbəkəsinə malik olan bu meqalayihədə mühəndislik və geodeziya həllərimizlə iştirak etmək bizə öz təcrübəmizi ən yüksək səviyyədə nümayiş etdirmək imkanı yaratdı.
Bu tərəfdaşlıq çərçivəsində:
Geniş ərazilərin beynəlxalq UTM koordinat sisteminə uyğun dəqiq ölçülməsi;
Mürəkkəb infrastruktur planlamasında mühəndislik dəstəyi;
Yüksək texnoloji cihazlarla geodezik xəritəçəkmə işləri uğurla icra edilmişdir.
Sea Breeze kimi qlobal standartlara cavab verən bir layihənin təməlində bizim də imzamızın olması, göstərdiyimiz xidmətin keyfiyyət və etibarlılığının göstəricisidir.
DEM/DTM · 3D Model · CAD · GIS · Kontur