Biz kimik

UTM
Geodeziya

2008-ci ildən Azərbaycanda geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində fəaliyyət göstəririk. Müasir texnologiyalar və sertifikatlı mühəndis heyətimizlə hər miqyasda dəqiq həllər təqdim edirik.

15+
İl
500+
Layihə
10k+
Hektar

Dəyərlərimiz

Missiya &
vizyon

01 — Mission

Missiyamız

Azərbaycanda torpaq resurslarının idarə edilməsini, infrastruktur planlamasını və tikinti sektorunu müasir geodeziya həlləri ilə dəstəkləmək. Hər layihədə beynəlxalq standartlara cavab verən, dəqiq, etibarlı və vaxtında çatdırılan xidmət göstərmək.

Dəqiqlik · Etibarlılıq · Sürət

02 — Vision

Vizyonumuz

2030-cu ilə qədər Cənubi Qafqazın aparıcı geodeziya və geospatial xidmət şirkəti olmaq. Rəqəmsal transformasiyaya öncülük edərək GIS, BIM inteqrasiyası və ağıllı şəhər layihələrinin həyata keçirilməsini dəstəkləmək.

İnnovasiya · Genişlənmə · Liderlik

  • Dəqiqlik

    Hər ölçmədə tolerans həddini minimuma endiririk. ±1 sm dəqiqlik bizim standartımızdır, istisnası yox.

  • Etibarlılıq

    Müştərilərə verilen söz vaxtında yerinə yetirilir. 15 ildə 100% çatdırılma rekordumuz qırılmayıb.

  • İnnovasiya

    Sahədəki ən yeni texnologiyaları izləyir, UAV, LiDAR və bulud hesablama sistemlərini aktiv tətbiq edirik.

  • Şəffaflıq

    Hər layihədə müştəriyə real vaxt hesabatı, tam sənədləşmə və açıq kommunikasiya təmin edilir.

Tarixçəmiz

Şirkət
tarixi

2008-dən bu günə — hər mərhələ bir dönüm nöqtəsi, hər il yeni bir uğur.

  1. 2008

    Şirkətin Təməli

    Başlanğıc

    UTM Geodeziya, Bakıda kiçik bir mühəndis komandası tərəfindən quruldu. İlk il ərzində 12 kadastr layihəsi uğurla tamamlandı.

  2. 2011

    GPS & GNSS Texnologiyaları

    Texnologiya

    Yüksək dəqiqlikli GNSS RTK sistemləri əldə edilərək xidmət keyfiyyəti beynəlxalq standartlara çatdırıldı.

  3. 2014

    Dövlət Lisenziyası

    Lisenziya

    Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçıxarma Komitəsi tərəfindən rəsmi geodeziya lisenziyası alındı.

  4. 2017

    UAV / Dron Bölməsi

    İnnovasiya

    Aerofotoqrammetriya şöbəsi yaradıldı. İlk dron çəkilişi ilə 850 hektar ərazi 2 gündə xəritəyə alındı.

  5. 2020

    GIS Analitika Platforması

    Rəqəmsallaşma

    Daxili GIS verilənlər bazası və müştəri portalı istifadəyə verildi. Rəqəmsal çatdırılma sürəti 60% artdı.

  6. 2024

    500+ Layihə Hədəfi

    Böyümə

    Azərbaycanın 8 rayonunda aktiv sahə qruplarıyla 500-dən çox layihə uğurla başa çatdırıldı.

Rəsmi sənədlər

Sertifikatlar &
lisenziyalar

Fəaliyyətimiz beynəlxalq standartlar çərçivəsində sertifikatlaşdırılmış və lisenziyalaşdırılmışdır.

  1. 01 ISO 17123

    Optik & Geodezik Alətlər

    Beynəlxalq Standartlaşdırma Təşkilatı

    2015
  2. 02 AZST EN ISO

    Keyfiyyət İdarəetmə Sistemi

    Azərbaycan Standartlaşdırma İnstitutu

    2018
  3. 03 Dövlət Lisenziyası

    Geodeziya & Kartoqrafiya

    AR Dövlət Torpaq & Xəritəçixarma Komitəsi

    2014
  4. 04 UAV Operator

    Pilotsuz Uçuş Aparatı

    AR Dövlət Aviasiya Administrasiyası

    2019

Layihəniz üçün hazırıq

Əməkdaşlığa
başlayaq

Geodeziya və topoqrafiya ehtiyaclarınız üçün peşəkar komandamız sizinlə əlaqə saxlamağa hazırdır.